İzmir Biotibb və Genom Mərkəzinin alimləri xalq arasında "donuz qripi" kimi bilinən H1N1 virusunu 5 dəqiqə ərzində müəyyən edən cihaz hazırlayıblar.
Qaynarinfo odatv.com-a istinadən xəbər verir ki, bu cihaz sayəsində epidemiyanın yayılmasının qarşısını almaq mümkün olacaq. 70 qram ağırlığında olan daşınabilən cihaz hələlik test mərhələsindədir və patentləşdirilməsi ilə bağlı işlər aparılır. Qısa müddətdən sonra cihazın kütləvi istehsalına başlanılması nəzərdə tutulur. Cihazın satış qiymətinin 3 min lirə olacağı qeyd olunur.
Camal