Xəbər lenti

Türkiyəli hərbçi Suriyada şəhid oldu
Dünya13:40 04.02.2021

Türkiyəli hərbçi Suriyada şəhid oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyanın şimalındakı Əl-Bab rayonunda Türkiyə hərbçisi şəhid olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitterdə yazıb.
"Bir qəhrəman, bir ata... Ay-ulduzlu bayrağımız uğrunda şəhadətə yola saldığımız vətən övladı... Suriyanın Əl-Bab rayonunda şəhid düşən qəhrəman jandarmamız Süleyman Dəmirələ Allahdan rəhmət, ailəsinə səbir diləyirəm. Başımız sağ olsun”, - nazir qeyd edib.
Məlumata görə, baş çavuş bölgədəki minanı zərərsizləşdirərkən həlak olub.