Bir sıra türkiyəli iş adamları Rusiya ilə ticarət etdiklərinə görə onları sanksiya ilə hədələyən ABŞ rəsmilərinə qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Aydınlık" qəzeti
yazıb.
Nəşrin yazdığına görə, Amerikanın Ankara və İstanbuldakı səfirliyi və baş konsulluğunun diplomatları Türkiyə şirkətlərini və maliyyə qurumlarını Rusiya ilə ticarət əlaqələri ilə bağlı hədələyirlər.
"Müsahibə etdiyimiz türk iş adamları şirkətlərə və maliyyə qurumlarına baş çəkən və onları sanksiya siyahısına salmaqla hədələyən amerikalı məmurlara qarşı məhkəmə iddiası açmağa hazırlaşdıqlarını bildiriblər", deyə qəzet yazıb.
Qeyd olunur ki, pul köçürmələrini bloklayan və şəxsi məlumatları ABŞ-a ötürən bankları və onların filiallarını məhkəməyə vermək də planlaşdırılır.
Bundan əvvəl bildirilmişdi ki, fevral ayında Türkiyədən Rusiyaya tədarük həcmi 2023-cü ilin eyni dövründəki 1 milyard dollarla müqayisədə 1/3 azalaraq 670 milyon dollar təşkil edib.
Aydın