Xəbər lenti

“Türkiyəni Aİ-yə buraxmayacaqlar” - Politoloq
Dünya07:44 19.07.2023

“Türkiyəni Aİ-yə buraxmayacaqlar” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyənin Avropa İttifaqına qəbulu prosesi problemlərlə üzləşə bilər. Hər halda bu, asan olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Qabil Hüseynli Türkiyənin İşveçin NATO-ya üzv olmasına "yaşıl işıq” yandırması fonunda, Ankaranın da Aİ-yə qəbul olunması prosedurunun yüngülləşdirilib-yüngülləşdirilməyəcəyi barədə suala cavabında deyib: 
"Türkiyə üçün qəbulla bağlı çətinləşdirilmiş yol xəritəsini ortaya ata bilərlər. Ankaranın Aİ-yə  qəbul edilməsində demokratiya, insan haqları və s. kimi məsələlər önəmli deyil. Aİ-yə üzv olan  bəzi ölkələr, məsələn Polşa ilə müqayisə etdikdə, demokratiya və insan haqları baxımından Türkiyə daha irəlidədir. Eyni sözü   Çexiya, Macarıstanla müqayisədə də söyləmək olar. Ona görə də prosesə obyektiv yanaşılsa, Türkiyənin qəbulu yolunda ciddi əngəllər olmamalıdır”. 
Burada, həmsöhbətimizə görə, başlıca əngəl 85 milyon əhalisi və onun da 60 faizinin iş qabiliyyətli insanlardan ibarət olması ilə bağlıdır:
"Bu hal Aİ-ni çox qorxudur. Çünki əhalisi,  xüsusən də iş qabiliyyəti olanların sayının çox olduğu bir ölkənin Aİ-yə üzvlüyü həmin məkanda geniş işsizlik problemi yaratmaqla yanaşı, həmin ölkələr arasında müxtəlif maliyyə, idarəetmə məsələlərinin həyata keçirilməsini gərginləşdirə bilər. Fransa və  Almaniya kimi ölkələr Türkiyə üçün süni əngəllər yaratmaqla onu bezdirmək istəyirlər”.
Rüfət Sultan