Xəbər lenti

Türkiyəni ağladan mədənçiyə məşhur futbolçudan DƏSTƏK
Dünya09:31 17.05.2014

Türkiyəni ağladan mədənçiyə məşhur futbolçudan DƏSTƏK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zonguldaklı bir mədən işçisinin oğlu olan tanınmış köhnə futbolçu və şərhçi Tümer Metin “Show TV”də yayımlanan “Yeni Bir Gün” proqramının qonağı olub. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Soma faciəsinin uşaqlıq travmalarını xatırlatdığını söyləyən Mətin qəzadan xilas olub təcili yardıma mindirilirkən “Çizmemi çıkarayım mı, sedye kirlenmesin” sözləriylə Türkiyəni ağladan mədənçi Murat Yalçının ev borcunu boynuna götürdüyünü açıqlayıb. Özü də mədənçi  bir atanın oğlu olan Tümər Mətin 1983-cü ildə Kozluda meydana gələn partlayışın həyatlarına çox pis təsir etdiyini də vurğulayıb. 

Qeyd edək ki, Şanlıurfa rəsmisi İhsan Açık mədən işçisi Murat Yalçını bir ay sonra Ümrəyə göndərəcəklərini söyləyib.

Həmin kadrları bir daha təqdim edirik:

Qaynar.info