Xəbər lenti

“Türkiyəni parçalamaq istəyənlər var"
Dünya11:33 19.03.2013

“Türkiyəni parçalamaq istəyənlər var"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Türkiyəni parçalamaq istəyənlərə imkan verməyəcəyik”. Bu sözləri Çanaqqala zəfərinin 98-ci ildönümü münasibətilə bu şəhərdə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yerlilərlə görüşündə deyib. 

Baş nazir Türkiyənin 783 min km2-lik tək bir vətən olduğunu bildirib, ölkədə yaşayanların milliyətindən asılı olaraq bərabər olduğunu diqqətə çatdırıb. Ərdoğan yalnız bir bayraq tanıdığını və onun şəhid qanı rəngində olan qırmızı Türkiyə bayrağı olduğunu deyib: “Bu ölkəni bölmək istəyənlər var. Onlara bunun üçün fürsət verən deyilik. Biz yaradılanı yaradandan ötrü sevirik. Tək millət deyirik. Millət anlayışı hamını əhatə edir. Tək bayraq deyirik. Bu bayraqdan başqa bayraq tanımırıq. Bizim bayrağımızın rəngi şəhidimizin qanı rəngindədir. Hilal müsəqilliyimizdir, hər ulduz bir şəhiddir”

Ərdoğan səhiyyə və təhsil sahələrində böyük islahatlar aparıldığını bildirib. 81 vilayətdə universitet açdıqlarını deyən Ərdoğan hökümətin təşəbbüsü ilə şagirdlərə planşetlər paylanıldığını, təcili tibbi yardım xidmətləri üçün helikopterlərin istismara verildiyini xüsusi qeyd edib.

“Özünü humanist adlandıran Hans da, Corc da varsa, niyə mənim insani dəyərli Əhmədim, Məhmətim də olmasın”, - deyə baş nazir Rəcəb Tayyib Ərdoğan vurğulayıb (anspress).