
Türkiyədə iyulun 20-də Şanlıurfa vilayətinin Suruç rayonunda baş verən terror aktını törədən şəxsin adı məlum olub.
anspress-in məlumatına görə, DNT testinin nəticələrinə görə, partlayış Şeyx Əbdurrəhman Alagöz tərəfindən törədilib. 20 yaşılı universitet tələbəsi olan Alagöz Türkiyənin Ardahan şəhərinə qeydiyyatda olub.
Terrorçunun anası dünən verdiyi açıqlamada oğlunun Türkiyənin Antep şəhərinə işləmək üçün getdiyinin bildirib.
“Maddi vəziyyətimiz pis olduğu üçün oğluma Antepə getməyə icazə verdik. Arada danışırdıq. Yaxşı olduğunu deyirdi. Amma harda işlədiyi demirdi. Bir daha görüşə bilməyəcəyik"- deyə Alagözun anası bildirib.
Terror baş verən gün isə hadisənin18 yaşlı İŞİD -ə qoşulan qız tərəfindən törədildiyi haqqında məlumat yayılmışdı.
Türkiyə vaxtı ilə saat 11:50-də (Bakı vaxtı ilə 13:50) Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvü adı çəkilən yerdəki çay bağçasında "Kobaninin yenidən inşaası" mövzusunda mətbuat konfransı keçirən zaman hadisəsi törədilimişdi.
Qaynar.info