Türkiyənin diplomatik pasporta malik olan 136 nəfər vətəndaşı Almaniyadan sığınacaq istəyib.
Qaynarinfo.Az publika.az-a istinadən xəbər verir ki, sözügedən şəxslər 2016-cı ilin 15 iyul hadisələrindən sonra sığınacaq almaq üçün Almaniya hökumətinə müraciət ediblər.
Ötən həftə isə Türkiyə Silahlı Qüvvələrinin 2 nəfər fərari hərbiçisi Yunanıstandan sığınacaq istəyib. Həmin hərbiçilər hazırda Yunanıstan polisi tərəfindən həbsdə saxlanılır.
Qaynarinfo.Az