
Türkiyənin müxtəlif şəhərlərində minlərlə insan Somada həyatını itirənləri anmaq və yaşananlara etiraz etmək üçün küçələrə axışıblar.
"Axar.az" xəbər verir ki, Türkiyənin 19 şəhərində insanlar küçələrə tökülərək aksiyalara başlayıb.
Aksiyaların keçirildiyi şəhərlər bunlardır:
İstanbul, Ankara, İzmir, Bursa, Adana, Aydın, Balıkəsir, Çanaqqala, Tuncəli, Ordu, Zonquldak, Muğla, Trabzon, Konya, Aksaray, Qaziantep, Şırnak, Ardahan ve Antalya.
Xatırladaq ki, dünən axşam saatlarında Manisanın Soma mahalında mədəndə şaxtanın uçması nəticəsində yüzlərlə insan yerin altında qalmışdı. Son məlumatlara görə isə, 245 nəfər həyatını itirib, yüzlərlə yaralı var.
Qaynar.info