Türkiyənin BRİKS-ə qoşulmaq üçün ehtimal edilən müraciəti fonunda Çin daha çox ölkənin təşkilat çərçivəsində əməkdaşlıqda iştirakına dəstəyini ifadə edib.
Qaynarinfoo "Yicai Global”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin brifinqdə
bildirib.
"Çin digər BRİKS ölkələri ilə birlikdə açıqlıq, inklüzivlik və qarşılıqlı faydalı əməkdaşlıq ruhunu dəstəkləməyə və daha çox dəstək verməyə davam edəcək", - Çin rəsmisi bildirib.
Maraqlıdır ki, jurnalistin Türkiyənin BRİKS-ə mümkün üzvlüyü ilə bağlı suallarına cavabında Mao Nin bu cür məlumatı birbaşa şərh etməyib. Bu, Ankaradan rəsmi müraciətin olmaması ilə izah oluna bilər.
Nizami Bağırov
Şərhlər