Xəbər lenti

Türkiyənin daha bir "canlı bomba" özünü partladıb
Dünya14:07 16.10.2016

Türkiyənin daha bir "canlı bomba" özünü partladıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Türkiyənin Qaziantep şəhərində növbəti antiterror əməliyyatı keçirilib.

Şəhərin Burak məhəlləsində bir binada İŞİD terror təşkilatının Qaziantep rayonu üzrə məsul şəxs olan, rayonda terror aktlarını planlaşdıran və canlı bomba hücrələrini idarə edən Mehmet Kadir Sabel zərərsizləşdirilib.

Terrorçu qaçmaq şansı olmadığını görərək üzərindəki partlayıcı qurğunu işə salıb.  Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tələfat, yaralı olub-olmadığı barədə hələ açıqlama verilməyib.

Qaynarinfo.Az

M. K. Cebelin həyat yoldaşı və iki övladı sağ yaxalanıb.