Xəbər lenti

Türkiyənin iki naziri 110 milyon lirə rüşvət alıb - İDDİA
Dünya19:10 19.12.2013

Türkiyənin iki naziri 110 milyon lirə rüşvət alıb - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Prokurorluğun iddiasına görə, Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış iş adamı Rza Zərrabın rüşvət verdiyi nazirlərdən biridir. 

Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

R.Zərrabın E.Bağışa təqribən 3 milyon türk lirəsi rüşvət verdiyi iddia edilir.

Digər iddiaya görə, R.Zərrab Qanadan qeyri-qanuni yolla gətirdiyi 1,5 ton qızılla bağlı problemini "Xalq Bank" vasitəsilə həll edib. Belə ki, iş adamının "Xalq Bank" vasitəsilə gördüyü işlərə nəzarətdən yayınmaq üçün bankın baş direktoru Süleyman Aslanla əlaqə yaratdığı, bank rəhbəri ilə R.Zərrabı tanış edən şəxsin isə iqtisadiyyat naziri Zəfər Çağlayan olduğu bildirilir.

Z.Çağlayanın bütün bu və digər qeyri-qanuni əməllərə 106 milyon lirə qarşılığında göz yumduğu iddia edilir.

Qaynar.info