Xəbər lenti

Türkiyənin “Şişecam Group” şirkəti müharibənin sponsorları siyahısına salındı
Dünya13:38 07.09.2023

Türkiyənin “Şişecam Group” şirkəti müharibənin sponsorları siyahısına salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Agentliyi türk şüşə və kimya istehsalçısı "Şişecam Group”u müharibənin beynəlxalq sponsorları siyahısına salıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb. 
"Şirkət Rusiya Federasiyasında biznesini davam etdirir və öz sahəsində Rusiyanın ən böyük ixracatçısı olaraq qalır", - məlumatda deyilir.
"Şişecam Group” dünyanın ikinci ən böyük şüşə məmulat istehsalçısı, şüşə qablar və düz şüşə istehsalı üzrə beşinci, soda külü və xrom əsaslı kimyəvi maddələrin istehsalında dünya lideridir.
Şirkətin 2022-ci il üçün gəliri 3,6 milyard dollara, xalis mənfəəti isə 740 milyon dollara yüksəlib.
"Şişecam Group”u şüşə məmulatları istehsal edən törəmə şirkətləri ötən il Rusiya büdcəsinə 11,2 milyon dollardan çox vergi ödəyib.
"Nəzərə alsaq ki, müharibə aparmaq Rusiya üçün çox baha başa gəlir və dondurulmuş aktivlər və tətbiq edilən sanksiyalar təcavüzkarın iqtisadiyyatına təzyiq göstərməkdə davam edir, Rusiya öz büdcəsinə əlavə vəsait almağa, xüsusən də bu cür şirkətlər tərəfindən vergilərin ödənilməsinə çox ümid edir”, - Milli Korrupsiyaya Qarşı Mübarizə Agentliyi bildirir.
Nizami Bağırov