İdman 15:39 13.12.2023

Türkiyənin liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşdi

Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi məlumat verib.

O bildirib ki, İdarə Heyəti çempionatlarda növbəti turun matçlarının dekabrın 19-da keçirilməsini qərara alıb.

Qeyd edək ki, Türkiyə Super Liqasının XV turunun "Ankaragücü” - "Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydançaya daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən yerli futbol federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı.