Liviyada Həftər qüvvələri Türkiyənin bu ölkədəki səfirliyinin olduğu Zaviyat Əl Dahmani bölgəsinə artilleriya zərbələri endirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviya Milli Razılıq Hökumətinin Səhiyyə Nazirliyinin İnformasiya şöbəsinin rəhbəri Emin əl-Həşimi məlumat verib. O, hücum nəticəsində 2-si mühafizəçi və 1-i mülki vətəndaş olmaqla 3 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə yaralandığını bildirib.
Bölgəyə ciddi maddi zərər dəydiyi də qeyd olunub.
Camal