Türkiyəli məşhur aktyor və musiqiçi Özkan Uğur 69 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Limfomadan əziyyət çəkən Ö.Uğur üç ay idi ki, reanimasiyada idi.
O, daha əvvəl də 3 dəfə xərçəngə qalib gəlmişdi.
Qeyd edək ki, sənətçi 1953-cü ildə anadan olub. Bir sıra məşhur serial və filmlərdə oynayıb.