
Aktyor Əşrəf Kolçakın oğlu olan müğənni Harun Kolçak dünən axşam dünyasını dəyişib.
"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunan 62 yaşlı sənətçi dünən Maslak Acıbadem xəstəxanasında vəfat edib.
Müğənni xərçənglə yanaşı, eyni zamanda böyrək çatışmazlığından da əziyyət çəkirdi. Xəstəxanadan verilən açıqlamaya görə, Kolçakın ölümünə də orqan çatışmazlığı səbəb olub.
O, 2014-də verdiyi müsahibələrindən birində ölümü belə təsvir edib: "Ölüm həyatda bir çox şeyə böyük məna qatır. Əgər ölümsüz olsaydıq, o zaman bir-birimizə dəyər verməzdik".
Qeyd edək ki, türk pop müğənnisi, bəstəkar, söz yazarı və bas qitaraçı Harun Kolçak 1955-ci ildə istanbulda doğulub. Sənətə Türkiyədə rok musiqisinin atası sayılan Erkin Korayla birlikdə başlayıb. Onu müğənni kimi məşhurlaşdıran isə 1991-ci ildə Onno Tunç ilə birgə hazırladıqları "Beni affet" albomu olub.
Qaynarinfo.Az