Xəbər lenti

Türkiyənin məşhur şirkəti Azərbaycan bazarına daxil olur
Dünya15:38 18.04.2016

Türkiyənin məşhur şirkəti Azərbaycan bazarına daxil olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Rizə bölgəsinin məşhur "Çaykur" çay şirkəti Azərbaycan bazarına daxil olub.

Qaynarinfo.az xəbər verir ki, bu şirkət Azərbaycandan başqa, Qətərdə də çaylarını satışa çıxaracaq.

Şirkətin baş müdiri İmdat Sütlüoğlu isə bu barədə bunları bildirib: "Qardaş ölkə Azərbaycanın paytaxtı Bakıda daha əvvəldən edilən hesablamaların ardından müəssisə açmaq mərhələsindəyik. Məhsullarımızı Azərbaycan bazarında sata bilmək üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Soydaşlarımızın bizə qarşı səmimi və böyük maraqları var. Gələn həftə görüşlərimizi yekunlaşdıraraq qardaş ölkə Azərbaycanda da "Çaykur" məhsullarını bazarlama mərhələsinə keçəcəyik".

Qeyd edək ki, "Çaykur" şirkəti uzun illərdir Türkiyədə "Rizəspor" klubunun baş sponsoru sayılır.

Qaynarinfo.az