Xəbər lenti

Türkiyənin NTV kanalında istefa dalğası
Dünya06:34 04.06.2013

Türkiyənin NTV kanalında istefa dalğası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulun Gezi Parkı üçün başlayan və bütün ölkəyə yayılan aksiyalardan sonra tanınmış fotoqraf Mehmet Turqut Türkiyənin NTV kanalında yayımlanan verilişini dayandırdığını bildirib. 

Qaynar.info-nun məlumatına görə, "Twitter" vasitəsilə açıqlama verən Turqut kanalda yayımlanan "Falan Filan" adlı verilişini Gezi Parkı və bütün ölkədə baş verən aksiyalara mətbuatın soyuq yanaşmasına etiraz olaraq dayandırdığını deyib: "Hamımızın bildiyi səbəblərdən ötrü NTV-də yayımlanan "Mehmet Turqutla Falan Filan" verilişini dayandırıram".  

Taksimdəki etiraz aksiyalarına NTV-nin səssiz qalması və senzura tətbiq etməsi səbəbindən kanalda xəbər prodüseri işləyən Ömər Aykar istefa verməsindən sonra, "Doğuş" Yayın Qrupunun redaktoru Dilarə Eldaş da "yayım siyasəti" səbəbindən istefa verib. 

Qaynar.info