Xəbər lenti

Türkiyənin qalmaqallı yarışmasında Azərbaycan mahnısı - VİDEO
Maqazin13:54 12.06.2016

Türkiyənin qalmaqallı yarışmasında Azərbaycan mahnısı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin məşhur, qalmaqallı yarışması “Kısmetse, olur”da Azərbaycan mahnısı səsləndirilib.
Musavat.com xəbər verir ki, bəstəkar Ələkbər Tağıyevin, şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi “Sən gəlməz oldun” mahnısı proqramda arxa fonda təqdim edilib.
Qeyd edək ki, bu mahnını vaxtilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və başqaları ifa ediblər.
Xarici müğənnilərdən türk dilində Sibel Can və Gülər Sezər, Azərbaycan dilində Sati Kazanova, rus dilində Soqdiana (“Məni yada sal” adı ilə) bu mahnıya öz repertuarlarında yer veriblər.
Qaynarinfo.az