Dünya 15:35 02.12.2022

Türkiyənin Samsun limanında güclü partlayış baş verdi

Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun liman şəhərində güclü partlayış baş verib.

Qaynarinfo bu barədə CNN Türk-ə istinadla xəbər"> verir.

Hadisə yerindən çəkilmiş kadrlarda liman ərazisi üzərindən böyük qatı qara tüstünün yüksəldiyi görünür. İlkin məlumata görə, yanacaq çəni partlayıb, partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Partlayışın səbəbləri müəyyənləşdirilir, lakin ölən və yaralananlar barədə məlumat yoxdur. Yerli hökuməti hadisə ilə bağlı şərh verməyib.

Samsun şəhəri Ankaradan 420 km şimalda yerləşir. Orada yerləşən liman Türkiyənin ən mühüm limanlarından biridir, buradan yüklər bir neçə ölkəyə, o cümlədən Rusiyaya daşınır.
 
Alpər