Xəbər lenti

“Türkiyənin səsləndirdiyi ittiham və şikayətlər anlaşılmazdır” - Merkel
Siyasət15:20 07.06.2016

“Türkiyənin səsləndirdiyi ittiham və şikayətlər anlaşılmazdır” - Merkel

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Türkiyə tərəfinin Bundestaq deputatlarının ünvanına səsləndirdiyi şikayət və ittihamlar anlaşılmazdır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Almaniyanın federal kansleri Angela Merkel Azərbaycan prezidenti İlahm Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. 

O bildirib ki, Almaniya Bundestaqı tərəfindən qəbul edilmiş qətnamə ilə bağlı Bundestaq çoxluğu və Türkiyə tərəfinin fikirlərini əks etdirən iki ayrı mövqe mövcuddur: “Şəxsən mən Ermənistan və Türkiyə arasında birbaşa danışıqların başlanmasının tərəfdarıyam. Bundestaq üzvləri sərbəst seçilmiş deputatlardır və Türkiyə tərəfindən səslənən ittiham və şikayətləri anlaşılmaz hesab edirəm".

Xatırladaq ki, Türkiyə prezidenti R. T. Ərdoğan Bundestaqın türk əsilli üzvlərini ittiham edib.

Qaynarinfo.az