
Türkiyə ordusunun Suriyanın Cerabus vilayətində İŞİD-ə qarşı başladığı əməliyyatla bağlı Amerikadan ilk açıqlama gəlib.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner bildirib ki, Türk səlahiyyətliləri və Suriya nümayəndələri daima təmasda olmalıdırlar. Mark Toner bildirib ki, hər iki tərəfə əsl düşmən İŞİD olduğunu çatdırırıq. Bölgədə vəziyyətin gərginləşməməsi üçün çalışırıq.
Bundan başqa Toner Türkiyə Rusiya əlaqələrinin düzəlməsi və İncirlik bazasının istifadəsi ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, diplomatik danışıqlar vasitəsilə bu mövzunu ələ aldıq. İncirlikdən istifadəyə icazə verdikləri üçün Türkiyəyə minnətdarlığını ifadə edib.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az