Xəbər lenti

Türkiyənin turizm sektorunda yeni rəqibləri var
Dünya 20:45 29.06.2024

Türkiyənin turizm sektorunda yeni rəqibləri var

Türkiyədə mehmanxanaçılar Yunanıstan, Misir və BƏƏ-də turizm mərkəzlərinin türklərin özləri arasında populyarlığının artması ilə bağlı narazılıqlarını bildiriblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Turprom" məlumat yayıb.

Qeyd olunur ki, yerli sakinlər daha çox Misirdə, xüsusən də hər şey daxil xidmətlərin Türkiyədəki kurortlarla müqayisədə daha əlçatan olduğu Şarm əl-Şeyxdə tətil seçməyə başladığı üçün türk otelləri qazanc itirir.

Türkiyə mehmanxanalarındakı qiymət siyasəti də türkləri narahat edir, çünki bu mövsüm tətil qiymətləri sürətlə artıb, hətta endirimlər başqa ölkələrdən gələn istirahətçiləri cəlb etməyi dayandırıb.

Xüsusilə, İzmirdə beşulduzlu oteldə 8 gün istirahət etmək 70 min türk lirəsinə, Yunanıstanda isə eyni seçim üçün 50 min türk lirəsinə başa gəlir. Dubayda bu seçim 37 min lirə təşkil edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->