
Türkiyənin baş naziri Binali Yıldırım Almaniyada gündəmə gətirilən qondarma erməni soyqırımı qanun layihəsindən danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazir bu layihənin gündəmə gətirilməsinin axmaqlıq olduğunu deyib.
B.Yıldırımın sözlərinə görə, qondarma soyqırım layihəsi Almaniya Bundestaqında qəbul olunsa belə, bu, Türkiyə üçün ciddi əhəmiyyət daşımır.
“Bu olmayan və həqiqəti əks etdirməyən hadisədir. 1915-ci ildə I Dünya Müharibəsində baş vermiş və hər cəmiyyətdə mümkün olan bir hadisədir. Biz bu məsələ ilə bağlı bütün dünyaya bildiririk ki, gizlədəcək heç nəyimiz yoxdur. Tarixçiləri hər şeyi araşdırsın”.
B.Yıldırımın fikrincə, qanun layihəsi qəbul edilərsə, Almaniya ilə Türkiyənin əlaqələrində problemlər yaranacaq: “Biz əlaqələrin pozulmasını istəmirik”.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Anqela Merkel arasında telefon danışığı olub. Ərdoğan 2 iyunda Almaniya Parlamentində müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı narahatlığını bildirib.
Qaynarinfo.az