Xəbər lenti

Türkiyəyə daha bir Avropa ölkəsindən qadağa - VİDEO
Dünya17:15 24.03.2017

Türkiyəyə daha bir Avropa ölkəsindən qadağa - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ölkə də Türkiyəyə etiraz etdi

Bolqarıstanda qatı millətçilər “türk seçicilərinin ölkələrində səs vermələrini” istəmədiklərini əsas gətirərək Bolqarıstana açılan üç sərhəd qapısında aksiya keçirirlər.

İstiPress-in “Anadolu”ya istinadən verdiyi xəbərə görə, aksiya hələ də davam edir.

Sərhəd qapılarında olan izdiham səbəbindən seçicilər piyada getmək məcburiyyətində qalıblar.

Aksiyanı işiqlandırmaq məqsədilə Bolqarıstana gələn jurnalistlərin ölkəyə girişinə icazə verilməyib. Bir neçə gün əvvəl Bolqarıstana gələn iki türk jurnalist də ölkədən çıxarılıb. Gömrük məmuru jurnalistlərə aksiyaya görə girişə icazə verilməyəcəyini bildirib. Jurnalistlər bunun beynəlxalq müqavilələrə zidd olduğunu bildirsələr də, sərhədi keçmək mümkün olmayıb.

Türkiyənin Bolqarıstandakı səfiri vəziyyətin yoluna qoyulması üçün hökumət qurumlarına müraciət olunduğunu, onların da tezliklə sərhədin açılacağına söz verdiklərini deyib.

Qeyd edək ki, sərhəd qapılarında aksiyalar hələ də davam edir. 

Qaynar.Az