Suriyadan Türkiyəyə gələn 4 terrorçu həbs olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hatayın Reyhanlı ve Narlıca rayonlarından Türkiyə-Suriya sərhəddini qanunsuz yollarla keçməyə çalışan ümumilikdə 16 nəfər saxlanılıb. Onlardan 2-nin HTŞ (Heyet Tahrir el-Şam), 2-nin isə İŞİD (İraq və Şam İslam Dövləti) terror təşkilatlarına üzv olduğu müəyyən edilib.