Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 211 nəfər pandemiyanın qurbanı olub.
Gün ərzində 271 min 547 koronavirus testi aparılıb, onlardan 49 min 584-ü müsbət çıxıb.
Bununla virusa yoluxanların sayı 3 milyon 579 min 185, pandemiya qurbanlarının sayı isə 32 min 667 nəfərə çatıb.
Türkiyədə indiyədək 3 milyon 159 min 475 pasiyent (son sutkada 24 498 nəfər) sağalaraq evə buraxılıb.