Xəbər lenti

Türkiyəyə qarşı 100 minlik ordu toplanır
Dünya18:06 02.04.2017

Türkiyəyə qarşı 100 minlik ordu toplanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
YPG Suriyada Türkiyəyə qarşı 100 minlik ordu toplamağa çalışır.
Qaynar.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yeniakit.com.tr saytı məlumat yayıb.
Xəbərdə rəsmi Ankaranın daxili və xarici siyasətdə, terrorla mübarizədə yeni qərarlar verəcəyi bildirilib:
"Yeni strateji yol xəritəsi üzərində işlər aparılır. Xüsusilə, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı önəmli qərarların veriləcəyi bildirilib. Xarici siyasətdə radikal addımlar atıla bilər. Terror qruplaşması YPG-yə qarşı irimiqyaslı əməliyyatların aparılacağı gündəmdədir. YPG rəhbərliyi Abdulla Öcalanın xəyalı olan 100 minlik ordu qurmaq üçün çalışır. Rusiya və ABŞ-ın dəstəyi ilə bütün silahlarla təmin edilən terrorçular zirehli diviziya yaratmaq istəyir".
Qaynar.Az