
Türkiyənin Kayseri şəhərində yerləşən 2-ci Əsas Nəzarət Mərkəzində M60 T türk tankına ilk dəfə olaraq reaktiv raketdən müdafiə sistemi quraşdırılıb.
Anspress-in məlumatına görə, Türk Silahlı Qüvvələrinin tabeçiliyində olan zirehli texnikanın modernləşdirilməsini müvəffəqiyyətlə həyata keçirən 2-ci Əsas Nəzarət Mərkəzi NATO kriteriyalarına uyğun olaraq türk ordusunda olan bütün tankları yenidən nəzərdən keçirib.
Quru qoşunları komandanlığının 2-ci Əsas Nəzarət Mərkəzinin komandiri, polkovnik İsmayıl Amanverməz bildirib ki, mərkəz qurulduğu gündən bu yana M48A5 T1/T2 və M60 T tanklarını modernləşdirib və digər layihələri həyata keçirib.
Polkovnik Amanvermez əlavə edib ki, M60 T tankına ilk dəfə olaraq reaktiv raketdən müdafiə sistemi quraşdırılıb.
Qeyd edək ki, dövlətin büdcəsi hesabına başa gələn modernləşdirmə uğurla həyata keçirilir.
Qaynar.info

