Xəbər lenti

Türklərin dəstəklədiyi ordu kürdlərdən 8 kəndi aldı
Dünya18:09 28.08.2016

Türklərin dəstəklədiyi ordu kürdlərdən 8 kəndi aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu sərhəddəki Cerablus bölgəsində terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin nəzarətindəki daha 8 kəndi azad edib.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Ordu komandirlərinin və yerli mənbələrin verdiyi məlumata görə, müxalif qüvvələr rayon mərkəzinin cənubunda və Fərat çayının qərbində qalan bölgədəki terror ünsürlərinə qarşı sürətlə irəliləyirlər.

Əməliyyatlarda Azad Suriya Ordusu qüvvələri 7 terrorçunu sağ ələ keçiriblər. Mövqelərini saxlaya bilməyən terrorçular arxada çoxlu sayda hərbi sursat buraxaraq qaçıblar.

Virtualaz.org xatırladır ki, Azad Suriya Ordusu bundan əvvəl Suriyanın Türkiyə sərhədindəki Cerablusun cənubunda yerləşən Bir Əl-Kusa kəndini terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin əlindən xilas etmişdi.

Azad Suriya Ordusunun növbəti hədəfi Münbic şəhəridir.

Qaynarinfo.Az