Xəbər lenti

Türkmənistan 1 iyundan Moskvaya aviareysləri dayandıracaq
Dünya 11:37 30.05.2025

Türkmənistan 1 iyundan Moskvaya aviareysləri dayandıracaq

"Turkmenistan Airlines” aviaşirkəti 2025-ci il iyunun 1-dən etibarən Moskvaya müntəzəm reyslərin icrasını yenidən dayandıracaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilib.

Bildirilib ki, Aşqabad – Moskva – Aşqabad istiqaməti üzrə bilet almış sərnişinlər avtomatik olaraq Aşqabad – Kazan reyslərinə yönləndiriləcəklər.

Bundan əlavə, iyunun 2-dən 14-dək sərnişinlər üçün Kazan hava limanından Moskva Domodedovo hava limanına ödənişsiz yerüstü transfer təşkil olunacaq.

Qeyd edək ki, Türkmənistanın yeganə milli aviaşirkəti Rusiya paytaxtına uçuşları artıq üçüncü dəfədir ki, ləğv edir. Dekabr ayında Moskvaya reyslər, Azərbaycan Hava Yollarına məxsus Bakı – Qroznı reysi zamanı Aktau üzərində baş verən təyyarə qəzasından sonra dayandırılmışdı. Uçuşlar mart ayında bərpa olunmuşdu.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->