Xəbər lenti

Türkmənistan unudulmuş və heç kəsə lazım olmayan ölkəyə necə çevrildi? - Politoloq
Dünya11:46 08.06.2022

Türkmənistan unudulmuş və heç kəsə lazım olmayan ölkəyə necə çevrildi? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın siyasi xəritəsində  30 ildən çoxdur ki, Türkmənistan adlı müstəqil dövlət mövcuddur. Tarixi isə daha qədimdir. Lakin bir-birlərini əvəz edən ekstravaqant prezidentlərinin gülüş doğuran fəaliyyətlərindən başqa bu ölkə barədə heç bir məlumatı izləmək mümkün olmur. Neft və qaz yataqları ilə zəngin olan Türkmənistan sanki unudulub, heç kəsi maraqlandırmır. Türkmənistan dünyanın 5 aparıcı qaz istehsalçısından biridir. Buna baxmayaraq, bu ölkəyə nə Qərb, nə də ki Şərq ciddi maraq göstərmir. ABŞ, Avropa İttifaqı, Çin kimi nəhənglər Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi qonşu ölkələr uğrunda az qala ölüm-dirim savaşına qalxıblar. Bu savaşda unudulan Türkmənistanı isə sanki mənasız ölkə təsiri bağışlayır.
Türkmənistanın yeni seçilən prezidenti Sərdar Berdiməhəmmədov bu postda fəaliyyətə başlayaq başlamaz sanki orta əsrlər dövrünü xatırladan addımlar atmaq yolunu tutub. Onun addımları hətta atası Qurbqanqulunu və sabiq prezident Saparmurat Niyazovu da kölgədə qoyub. Müasir dünyada Türkmənistan kimi insan haqlarının kobudcasına pozulduğu az ölkə var. Niyə Türkmənistan Qərbin və dünyanın diqqətindən bu qədər kənarda qalıb? 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, Türkmənistanın coğrafi mövqeyi qonşuları ilə müqayisədə əlverişsiz olduğundan nə Qərb, nə də Şərq üçün cəlbedici deyil:
"Çünki bu ölkə çıxmaz bir yerdədir, sanki dalandadır. Bir tərəfdən Əfqanıstan, bir tərəfdən İran, digər tərəfdən də  Xəzər dənizilə əhatə olunub. Əhalisi də azdır. Ona görə də dünyanın siyasi güc mərkəzləri Türkmənistan barədə heç fikirləşməyi belə ağıllarına gətirmirlər. Qərb düşünür ki, Türkmənistana əlavə xərc qoymağına dəyməz. Oradan Cənubi-Şərqi Asiyaya yol çəkmək belə mümkün deyil. Bu ölkə güc mərkəzlərinə lazım deyil”.
Rüfət Sultan