Xəbər lenti

Türkmənistanda seçki kampaniyasına start verildi
Dünya07:23 14.02.2022

Türkmənistanda seçki kampaniyasına start verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
3 siyasi partiya fəaliyyət göstərən Türkmənistanda prezident seçkiləri öncəsi kampaniyaya start verilib.
Qaynarinfo xəbər verir ki, ölkənin Seçki Məcəlləsinə əsasən, seçkilərin elan edilməsi tarixinədək qeydiyyatdan keçmiş siyasi partiyalar, həmçinin vətəndaş qrupları namizəd irəli sürmək hüququna malikdir.
Siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürür.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən partiyalar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.
Xəyal