
ABŞ-ın Tennesi ştatından olan bir nəfəri türmədən çıxandan cəmi 15 dəqiqə sonra arvadı öldürüb.
ANN.Az-ın verdiyi xəbərə görə, 34 yaşlı Robert Vann Marşalın həbsinə səbəb həyat yoldaçı ilə mübahisə eləməsi, ailəsinə qarşı zor işlətməsi olub. Məkhəmənin qərarına görə, o, qadından və uşaqlardan uzaq durmalı imiş.
Amma Marşal həbsdən buraxılan kimi məhkəmənin göstərişinə məhəl qoymayaraq arvadının evinə hücum edib. Evdə mübahisə düşüb və qadın ərini qətlə yetirib. Bütün bu hadisələr Marşalın həbsxanadan buraxıldığı 15 dəqiqə ərzində baş verib.
Qadın özünü müdafiə məqsədiylə cinayət törətdiyini etiraf edib.
Qaynar.info