Xəbər lenti

Turqut Özalın qatili tapıldı
Dünya08:37 05.04.2013

Turqut Özalın qatili tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prokurorluğu ölkənin keçmiş prezidenti Turqut Özala qarşı sui-qəsd işi üzrə tam ittiham mətnini hazırlayıb. 

Trend-in məlumatına görə, mətndə əsas ittiham edilən şəxs qismində Türkiyə ordusunun istefada olan olan briqada generalı Levent Ersezin adı çəkilir.

İttiham aktı Ankara Cinayət Məhkəməsinə göndərilib və onun qəbul ediləcəyi təqdirdə, prokurorun Ersez üçün ömürlük həbs cəzası tələb edəcəyi gözlənilir.

Məlumata görə, general Ersez daha əvvəl "Ergenekon" təşkilatının fəaliyyətində iştirakda təqsirləndirilib.

Qaynar.info