Xəbər lenti

Turqut Özalla bağlı yeni - ŞOK İDDİA
Dünya11:36 05.06.2013

Turqut Özalla bağlı yeni - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın müəmmalı ölümü ilə bağklı daha bir iddia irəli sürülüb.

 Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin məşhur  toksikologiya tanınmış mütəxəssisi, professor Sevil Atasoy Özalın müksək miqdarda dərman verilərək öldürüldüyünü bildirib.

“Özalın zəhərlənmədiyini bildirmək yalnıış olardı. O dərman vasitəsilə zəhərlənərək öldürülüb”.

Professorun fikrincə, Özalın qəbul etdiyi dərman xüsusi üsulla hazırlanıb, satışda olmayıb. S.Atasoy Özalın ölümü ilə bağlı əlində kifayət qədər faktlar topladığını bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin sabiq prezidenti Turqut Özalın ölümündən 20 il ötür. Mərhumun zəhərlənərək öldürülməsində şübhəli bilinən genereal Ləvənt Ersöza qarşı cinyət işi açılıb.

Qaynar.info