Bundan ötrü sahib tutuquşu üçün fotoşopda düzəltdiyi pasportdan istifadə edib
Belarus siyasi fəalı Konstantin Jukovski çox uğurla öz tutuquşusunu Mozır şəhərinin seçki komissiyasında deputatlığa namizəd kimi qeydə aldıra bilib. Ans press belarus mətbuatına istinadən bildirir ki, bunun üçün o, tutuquşu üçün fotoşopda düzəltdiyi pasportdan istifadə edib.
Jukovski bildirib ki, onun namizədinə öz vəzifəsini yerinə yetirmək üçün nə maşın, nə də mənzil lazımdır. Amma başqa siyasətçilər kimi o da düymələrə basmağı bacarır. Qeydiyyatdan sonra Jukovski tutuquşunun namizədliyini geri götürüb. Qaynar.info