Xəbər lenti

Tutuquşunun şahid olduğu qətllə bağlı məhkəmədə hökm oxundu
Dünya12:22 21.07.2017

Tutuquşunun şahid olduğu qətllə bağlı məhkəmədə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da 2015-ci ildə həyat yoldaşı Martini tutuquşunun gözü qarşısında öldürən qadın barədə hökm oxunub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Miçiqan ştatında Bad adlı tutuquşunun qarşısında həyat yoldaşı Martini öldürən Qlenna Duram barədə hökm oxunub və o günahkar hesab edilərək barəsində həbs qərarı verilib.

Qeyd edək ki, hadisənin şahidi olan və qurbanın son sözlərini təkrar edən tutuquşu tez-tez "atəş açma" deyirdi. Bir müddət əvvəl isə Bad məhkəməyə şahidlik etməsi üçün icazə istənilmiş, lakin bu qərar qəbul edilməmişdi.

Gülşən

Qaynarinfo.Az