Xəbər lenti

Türkiyədə 2 təyyarə toqquşdu
Dünya07:45 27.07.2017

Türkiyədə 2 təyyarə toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulun Atatürk hava limanında enmə-qalxma zolağında İstanbul-Aktau və İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən iki təyyarə toqquşub.

"Qaynarinfo" xəbər verir ki, "Türk Hava Yolları"na məxsus İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən təyyarənin qurğu hissəsi zədələnib.

Sərnişinlər dərhal təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Təyyarələrin hansı şəraitdə və hansı səbəbdən toqquşması barədə hələlik məlumat açıqlanmayıb.

Qaynarinfo.Az