Xəbər lenti

TV işçisi porno yayımına görə həbs olundu
Dünya17:49 19.08.2013

TV işçisi porno yayımına görə həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Video mühəndis özbaşına pley-listə “düzəliş” edib, iş yerini tərk edib, aparat otağının qapısını bağlayıb, qıfılı qırıb

Belarusun musiqi televiziyasının videomühəndisi canlı efirdə porno çarx yayımına görə iki il həbs alıb. Ans press-in Belarus mətbuatına istinadən bildirir ki, "BelMuzTV"nin əməkdaşı gündüz saat 4-də əvvəlcə ən populyar qrupun konsertini qoyub və sonra 10 dəqiqə porno nümayiş etməklə tamaşaçıları şoka salıb. 

Milisin araşdırması zamanı aydın olub ki, videomühəndis özbaşına pley-listə “düzəliş” edib, iş yerini tərk edib, aparat otağının qapısını bağlayıb və açarı qıfılın içində sındırıb. Gənc adam Minski tərk edib və ertəsi gün doğulduğu Mogilyov şəhərində tutulub. 

Öz əməlini belə izah edib: “Hər şey məni boğaza yığmışdı, ona görə belə elədim”. İstintaqın məlumatına görə, o, həmin hadisədən bir az qabaq arvadını boşayıbmış. İçki düşkünü imiş və intihara meylli imiş. 

Qaynar.info