Keçmiş baş direktor Paraq Aqraval da daxil olmaqla "Twitter” (adı X olaraq dəyişdirilib) sosial şəbəkəsinin dörd keçmiş top-meneceri Kaliforniya federal məhkəməsi vasitəsilə X-in sahibi İlon Maskdan 128 milyon dollar işdən çıxma təzminatı tələb edir.
Qaynarinfo "Bloomberg”ə istinadən
xəbər verir ki, iddiaçılar iddia edir ki, Mask 44 milyard dollar dəyərində olan Twitter sövdələşməsindən təxminən 200 milyon dollar geri qaytarmaq üçün onlara işdən çıxma pulu verməyəcəyini açıq şəkildə vəd edib.
"Maskın nəzarəti altında Twitter, işçiləri, kirayə verənləri, təchizatçıları və başqalarını aldadan cinayətkara çevrilib. Mask hesablarını ödəmir, qaydaların ona aid olmadığını hesab edir və sərvətindən və səlahiyyətindən onunla razılaşmayan hər kəsi kobud şəkildə aldatmaq üçün istifadə edir", - top-menecerlərin iddiasında deyilir.
Xatırladaq ki, İlon Maskın Twitter-i 2022-ci il oktyabrın 27-də alıb. Şirkəti aldıqdan dərhal sonra milyarder sosial şəbəkənin bir neçə top-menecerini, o cümlədən baş direktor Aqraval, direktor Ned Seqal, hüquqi və siyasi məsələlər üzrə direktor Vicay Qadde və hüquq departamentinin rəhbəri Şon Edceti işdən çıxarıb.
Nizami Bağırov