"Twitter" Elon Maskın sosial şəbəkəni almaq üçün təklif etdiyi 43 milyard dollarlıq təklifi qəbul edib.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən mənbə
bildirib.
Dünyanın ən zəngin insanlarından olan Elon Mask iki həftə əvvəl "Twitter"i almaq üçün özünün ən yaxşı və son təklifi verdiyini bildirmişdi.
Musk "Twitter"in böyüməsi və əsas azad fikir platformasına çevrilməsi üçün özəl ələ keçməsinin lazım olduğunu deyir.
Satınalma barədə xəbərin bu axşam elan olunacağı gözlənilir.
Nurlan Hüseynov