Xəbər lenti

"Twitter" “Meta”nı “Threads” ideyasını oğurladığı iddiası ilə məhkəməyə verəcək
Dünya10:32 07.07.2023

"Twitter" “Meta”nı “Threads” ideyasını oğurladığı iddiası ilə məhkəməyə verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Twitter"in hüquqşünası Alex Spiro tərəfindən Facebook-un baş direktoru Mark Zükerberqə göndərilən məktubda "Twitter" yeni "Threads" platforması ilə bağlı Meta Platformaları məhkəməyə verməklə hədələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb. 
Bir gün əvvəl "Threads"ı işə salan və artıq 30 milyondan çox abunəçisi olan Meta milyardlarla Instagram istifadəçisini cəlb edərək İlon Maskın Twitter-ini geridə qoymağa çalışır.
Məktubunda Spiro Metanı "Twitter"in ticarət sirlərinə və digər yüksək həssas məlumatlara çıxışı olan və olmaqda davam edən” keçmiş "Twitter" işçilərini işə götürməkdə günahlandırıb.
""Twitter"öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etmək niyyətindədir və Meta-dan istənilən Twitter ticarət sirri və ya digər mülkiyyət məlumatlarından istifadəni dayandırmaq üçün təcili tədbirlər görməsini tələb edir", - deyə Spiro yazıb.
Məktubdan xəbəri olan Reuters mənbəsi məktubun məzmununu təsdiqləyib.
""Treads" mühəndislik qrupunda Twitter-in keçmiş işçisi yoxdur", -  Meta spikeri Endi Stoun Threads postunda yazıb. 
Bu arada "Twitter" sahibi Mask xəbərə istinad edən tvitə cavab olaraq "Rəqabət yaxşıdır, fırıldaqlar yox" yazıb.
Əqli mülkiyyət hüququ ekspertləri, Twitter-in ticarət sirlərinin oğurlanması ilə bağlı Meta-ya qarşı iddia qaldırmaq üçün məktubda yazılanlardan daha çox təfərrüat tələb edəcəyini bildiriblər.
"Sadəcə keçmiş "Twitter" işçilərini işə götürmək (Twitter-in özü onları işdən çıxarıb və ya qovub) və "Facebook" tərəfindən bir qədər oxşar sayt yaratması çətin ki, kommersiya sirri iddiasını dəstəkləsin”, - ekspert bildirib.
Nizami Bağırov