Xəbər lenti

"Twitter"dən Rusiyaya zərbə
Dünya08:11 27.10.2017

"Twitter"dən Rusiyaya zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Twitter" sosial şəbəkəsi Rusiya media qurumları olan "Russia Times" və "Sputnik"ə qadağa qoyub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şirkətin açıqlamasında bu qurumların "Twitter" üzərindən reklam verə bilməyəcəkləri qeyd edilir. Qərarın səbəbi media nümayəndələrinin 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilədə ittiham edilməsidir. 
"Twitter" həmçinin vurğulayıb ki, "Russia Times"ın fəaliyyət göstərdiyi 2011-ci ildən bəri "Twitter"də yerləşdirdiyi reklamdan əldə edilən 1,9 milyon dollar seçki prosesi barədə aparılan istintaq prosesinə yatırılacaq.
Şirkət 28 sentyabrda "Russia Times"ın 2016-cı ildə 274 min 100 dollar dəyərində reklamı "Twitter"ə yerləşdirdiyini, 3 fərqli hesabdan 1823 paylaşım edildiyini demişdi.
"Facebook" sosial şəbəkəsi də məsələ ilə bağlı əlaqəsi olduğu ehtimal edilən 450 hesabı araşdırır.
Gülşən
Qaynarinfo.Az