Xəbər lenti

“Twitter”in baş direktoru istefa verdi
Dünya09:19 12.06.2015

“Twitter”in baş direktoru istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən populyar sosial şəbəkələrindən olan “Twitter”in baş direktoru Dik Kostolo vəzifəsindən gedir. 
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, iyulun 1-dən artıq baş direktor olmayacaq. 
Bununla belə, Kostolo şirkətin direktorlar şurasındakı yerini saxlayacaq. “Twitter” miktobloqunun müvəqqəti baş direktoru vəzifəsinə Cek Dorsinin gətiriləcəyi də artıq məlumdur.
“Twitter” 2006-cı ildə ABŞ-ın Kaliforniya ştatında yerlələşən San-Fransisko şəhərində təsis olunub. 2009-cu ilin sentyabrında şirkətə gələn Dik Kostolo öncə əməliyyat direktoru, 2010-cu ildə isə şirkətin öncəki rəhbəri Yeva Uilyamsın gedişindən sonra baş direktor seçilmişdi.
Qaynar.info