Bir il əvvəl Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində həyata keçirilən istintaq nəticəsində 3 əsgərin ölümünün səbəbləri müəyyənləşib.
Qeyd edək ki, 2021-ci il avqustun 19-da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərindən birində ölümcül güllə yarası almış üç hərbi qulluqçunun meyiti tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, əsgərlərdən birini rütbəli zabitə borcu olub. Sonuncu bir neçə gün sonra pulu tələb edib. Əsgər isə borcu döyüş növbətçiliyi başa çatdıqdan sonra qaytara biləcəyini deyib. Daha sonra zabit verdiyi puldan bir neçə dəfə artığını tələb edib.
Həmçinin məlum olub ki, borc verən zabit döyüş postundakı blendajda əsgərə qarşı cinsi xarakterli hərəkətlər edib. Bunu başqa bir əsgər görüb və iki əsgər yoldaşına danışıb, onlar onu ələ salmağa başlayıblar. Hadisənin ictimailəşməməsi üçün zabit mütəmadi olaraq əsgəri hədələyib və adıçəkilən üç əsgəri öldürməyi tələb edib. Əks halda baş verənlər barədə sonuncunun valideynlərinə məlumat verəcəyini deyib.
2021-ci il avqustun 19-da, saat 01:30 radələrində hərbi qulluqçu ayıq növbə vəzifəsini öz üzərinə götürərək döyüş mövqeyinin blendjına daxil olub, hərbçilərdən birinə məxsus AK-74 avtomatını götürüb, döyüş sursatı qutusunu doldurub və yatmış əsgər yoldaşlarına atəş açaraq onları öldürüb.
Telman