"Dronlar yenidən Moskvaya hücum etməyə cəhd ediblər”.
Qaynarinfo
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirildiyinə görə, üç pilotsuz təyyarə vurularaq məhv edilib.
Agentliyin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Mojaysk və Ximki rayonları ərazisi üzərində iki pilotsuz təyyarəni vurub. Digəri isə elektron sistemlə düşürülüb və paytaxt Moskva şəhərində binaya çırpılıb. TASS-ın məlumatına görə, binanın şüşələri sınıb.
Paytaxt meri Sergey Sobyanin bildirib ki, yaxınlıqdakı iki beşmərtəbəli binanın şüşələri sınıb. Ximkidə, Starbeyevo məhəlləsində, pilotsuz təyyarənin fraqmentləri yerə düşüb, bir bina zədələnib, - bunu isə "Mash" və "Baza" "Telegram" kanalları əlavə edib.
Ölən və yaralananlar olmayıb. Pilotsuz uçuş aparatları ilə bağlı xəbərlər fonunda Moskva hava limanları təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.
Qeyd edək ki, dronlar ardıcıl üçüncü gündür Moskvaya hücum edir. Bundan əvvəl Rəqəmsal İnkişaf Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin və Sənaye və Ticarət Nazirliyinin yerləşdiyi İQ-kvartalındakı qüllələrə də hücum edilib, Krasnopresnenskaya sahilindəki Eksposentrin yaxınlığında pilotsuz təyyarələrin fraqmentləri düşüb.
Alpər