Dünya 16:06 27.08.2022

“Üç istiqamətdə xəstədir”: Ukrayna kəşfiyyatı Putinin səhhətindən danışdı

Rusiya prezidenti Vladimir Putin ruhi və fiziki xəstədir. Bundan əlavə, onda şizofreniya əlamətləri var.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə RBC-Ukraynaya müsahibəsində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndəsi Vadim Skibitski danışıb.

"Üç istiqamətdə xəstədir: mənəvi, şizofreniya və fiziki olaraq da xəstə. Biz ilk olaraq hansının qalib gələcəyini görəcəyik", - dedi Skibitski.
Onun sözlərinə görə, Putinin səhhətinin vəziyyəti ilə bağlı məlumatlar gizlidir.

"Onun sağlamlıq vəziyyəti ağırdır. Amma ömrünün sonuna kimi mübarizə aparacaq. Dayanıb imtina etməyəcək. Səhhətinin müharibənin gedişinə təsir edəcəyini düşünmək səhvdir", - Kəşfiyyat rəhbəri vurğulayıb.

Alpər