
Avropa Liqasının qrup mərhələsinin "Dalğa Arena"da keçirilən "Qarabağ" - "Slovan" (Çexiya) görüşündə Rəşad Sadıqovun 90+3-cü dəqiqədə qol vuraraq hesabı bərabərləşdirməsi "Qarabağ"a baha başa gəlib.
Qaynarinfo.Az xəbər verir ki, qoldan dərhal sonra 2 azarkeşin meydana daxil olaraq sevinclərini "Qarabağ"ın futbolçuları ilə bölüşməsi klubun cəzalandırılmasına səbəb olacaq.

Belə ki, UEFA-nın yaxın günlərdə bu barədə qərar çıxarması gözlənilir.
Qaynarinfo.Az